Vəkil mitinq dustaqları ilə görüşüb

Mitinq qabağı polis tərəfindən tutularaq barələrində inzibati həbs tədbiri tətbiq olunmuş Bəhruz Həsənli, İlham Hüseynli, Saqif Qurbanov,Aqil Məhərrəmov, Emil Səlimov, Emil Maniyev və Nicat Nizamov ilə bu gün Binəqədidəki cəzaçəkmə müəssəsində görüşdüm.
 
Müxalifət.az xəbər verir ki, bu haqda vəkli Əsabəli Mustafayev öz feysbuk statusunda yazıb:
“ Əhval-ruhiyələri yüksəkdir, dostlara salamları var. İttiham həmişəki kimi qondarmadır: fəallar hamısı həmin günü küçələrdə "söyüş söymək günlüyü" keçirirmişlər.Həmişəki kimi "təsadüfən" həmin ərazidə olan polis əməkdaşlarının bu hərəkətləri dayandırmaq barədə onlara verdikləri tələblərə fəallar həmişəki kimi əməl etməyiblər. Halbuki bu şəxslərin demək olar ki, hamısı polis bölmələrinin çağrışı ilə oraya könüllü və sərbəst surətdə gediblər. Bəhruz bəy artıq rekorda gedir. Onun bu işi Avropa Məhkəməsində 4-ci olacaq. Artıq 2 iş üzrə qərar çıxıb və kompensasiya ödənilir. Üçünci iş üzrə kommunikasiya yekunlaşıb və yaxın zamanlarda qərarın qəbulu gözlənilir. Beləki, kim kimi cəzalandırılıb hələ məlum deyil”.
Vəkil daha bir məqamı oxucularla bölüşüb:
“Bayaq yazdığım statusa bir məqamı əlavə etmək istəyirəm.Binəqədidəki cəzaçəkmə müəssəsində saxlanılanların hal-hazırda ən böyük problemi kameralardakı sıxlıqdır.Beləki, 2 nəfərlik kamerada 5, 6 nəfərlikdə 9 nəfər saxlanılır. İnsanlar yerdə yatmalı olurlar. Bu sıxlıq saxlanılma şəraitinin digər amillərinə (qidalanma,sanitariya və sairə) mənfi təsir göstərir. Xüsusilə də kütləvi həbs olunmuş çoxlu sayda LGBT üzvlərinin məntəqəyə gətirilməsi bu sıxlıqı daha da artırmışdır”.
Müxalifət.az