Vəkil Fədayə Laçına şərti cəza istədi

Baxış sayı:
3292

Bakıda məhbusların qaçmasına kömək göstərməkdə təqsirləndirilən müğənni Fədayə Laçın, Penitensiar xidmətin konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev, qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov, kriminal aləmdə nüfuza malik Əli Ağami, Günay Atakişiyeva, taksi sürücüsü Məhəmməd Hacıyev, Aqil Nəcəfov, Anar Əsgərov, İsrafil Soltanov, Şahmar Bəyəlizadə və Tərlan Zeynalovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyi ilə baş tutan prosesdə Fədayə Laçının vəkili çıxış edib.
Fədayə Laçının vəkili Nurəngiz Qarayeva müvəkkilinin ailə vəziyyəti və səhhətindəki problemin nəzərə alınmasını istəyib.
Vəkil Fədayə Laçının cəzasının şərti cəza ilə əvəz edilməsini xahiş edib.
Məhkəmənin növbəti iclası aprelin 15-nə təyin edilib.
Qeyd edək ki, Fədayə Laçın və digər şəxslər apelyasiya şikayəti veriblər. Onlar barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ceyhun Səmədov 9 il, Fuad Hacıyev 8 il 6 ay, Tural Poladxanov 8 il 6, Bəhruz Abdullayev 9 il, Əli Ağami 20 il, Günay Atakişiyeva 6 il, Aqil Nəcəfov 9 il, İsrafil Soltanov 7 il, Məhəmməd Hacıyev 7 il, Tərlan Zeynalov 7 il, Şahmar Əzizadə 7 il, Anar Əsgərov isə 7 il müddətinə azadlıqdan məhrum ediliblər.
Müğənni Fədayə Laçın isə 5 il müddətinə azadlıqdan mərhum edilib./Teleqraf