“Viza” böhranı ilə bağlı SON AÇIQLAMA - TƏFƏRRÜAT

Türkiyə prezidentinin sözçüsü İbrahim Qalın, ABŞ ilə viza böhranı üzərində aparılan danışıqların yaxşı istiqamətdə davam etdiyini və qısa müddət sonra həll edilmiş olacağını deyib.
 
Müxalifət.az xəbər verir ki, Türkiyə prezidentinin sözçüsü İbrahim Qalın “viza” böhranı ilə əlaqədar son dəqiqə açıqlaması verib.
TRT "World Forum”da danışan prezident sözçüsü İbrahim Qalın Türkiyə ilə ABŞ arasında yaşanan viza böhranı ilə bağlı məsələyə də münasibət bildirib.
 İ.Qalının bildirdiyinə görə,  ABŞ ilə viza böhranı məsələsində danışıqlar yaxşı bir nöqtəyə doğru gedir, detallar bir neçə gün içində aydınlaşacaq.
 “Yaxın perspektivdə viza problemin həll ediləcəyinə inanıram" deyən prezident sözçüsü İbrahim Qalın sözlərini belə davam edib:
 “Biz bu işin həll edilməsinin tərəfdarıyıq, amma gələn heyət bu işi bitirmək üçün səlahiyyətli şəxslər deyil, sadəcə bizim fikirlərimizi Vaşinqtona çatdıracaqlar. İki ölkə arasında daxili, xarici işlər və ədliyyə nazirlikləri arasında daha sağlam məlumat mübadiləsinin təmin olunması tələb olunur, strukturlar arası doğru bilginin daxilolması yönündə razılıq əldə olunur".
Müxalifət.az