Vitse-prezidentlə görüşdə müxalifət Saakaşvilinin məsələsini qaldırıb

Gürcüstan müxalifətinin liderləri ilə ABŞ vitse-prezidentinin görüşündə sabiq prezident Mixail Saakaşvili ilə bağlı məsələ qaldırılıb.
 
“Georgia Online” nəşrinin verdiyi məlumata görə, Vahid Milli Hərəkat partiyasının Siyasi Şurasının sədri Nika Meliya bildirib ki, görüşdə Gürcüstan hakimiyyətinin rəqiblərini təqib etməsindən danışılıb.
 ABŞ vitse-prezidentinin sabiq prezident Mixail Saakaşvili ilə bağlı məsələyə reaksiyasına gəldikdə isə N. Meliya bu haqda geniş danışmaq istəmədiyini bildirsə də, həmsöhbətinin ölkənin sabiq prezidentinin təqib olunmasından qəzəbləndiyini qeyd edib.