Vitse-prezident: "Tramp ABŞ səfirliyini Qüdsə köçürəcək"

Sizə söz verirəm ki, gün gələcək, prezident Donald Tramp Amerikanın Tel-Əvivdəki səfirliyini Qüdsə köçürəcək
 
ABŞ-ın vitse-prezidenti Mayk Pens ölkə Prezidenti Donald Trampın Amerikanın İsraildəki səfirliyinin Tel-Əvivdən Qüdsə köçürməsinə dair fikrini təsdiqləyib.
Bu barədə "Qazeta.Ru" xəbər verir.
"Sizə söz verirəm ki, gün gələcək, Prezident Donald Tramp Amerikanın Tel-Əvivdəki səfirliyini Qüdsə köçürəcək. Məsələ yalnız zamana bağlıdır", - "Christians United for Israel" sammitində çıxışı zamanı M.Pens deyib.
Vitse-prezident bildirib ki, ABŞ daim İsrailin xeyrinə çıxış edir.