Vilayət Eyvazov hesabat verəcək

Baxış sayı:
5254

Milli Məclisin (MM) aprel ayında ən azı iki plenar iclasının keçirilməsi gözlənilir.
Hələlik iclasların vaxtı və gündəliyi tam məlum olmasa da, aprel ayında parlamentin hesabat xarakterli iclaslarına yekun vurulacaq.
Yəni, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı-hesabatı ilə yaz sessiyasında sonuncu - dördüncü hesabat xarakterli iclas başa çatmış olacaq.
Qeyd edək ki, yaz sessiyasında bələdiyyələrin, Ombudsmanın və hökumətin ənənəvi illik hesabatları dinlənilib və təsdiqlənib.
Aprel ayında keçiriləcək iclaslardan birində isə Milli Koordinatorun - daxili işlər nazirinin birinci müavini Vilayət Eyvazovun illik məlumatı-hesabatı dinləniləcək və təsdiqlənəcək.
Onu da qeyd edək ki, hesabat öncə MM-in İnsan hüquqları komitəsində müzakirə olunacaq, sonra isə plenar iclasa tövsiyə ediləcək./oxu.az