Vilayət Eyvazov bu rayona yeni rəis təyin etdi

Baxış sayı:
4630

Daxili İşlər Nazirliyində yeni təyinat olub. Muxalifet.az oxu.az-a istinadla xəbər verir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə görə, polis polkovniki Rüstəm Cəfərov Beyləqan Rayon Polis Şöbəsinə rəis təyin edilib. O, bundan əvvəl DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin şöbə rəisi işləyib. Qeyd edək ki, bir müddət əvvəl Beyləqan RPŞ-nin rəisi, polkovnik-leytenant Rəşid Piriyev Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinə rəis müavini təyin olunub.