Vilayət Eyvazov bu rayona rəis təyin etdi
14-11-2019 18:38
Baxış sayı:
11521
Ağcabədi Rayon Polis Şöbəsinin rəis müavini vəzifəsinə yeni təyinat olub.
Muxalifet.az xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri Vilayət Eyvazov uyğun əmr imzalayıb.
Əmrə əsasən, polis kapitanı Rüfət Məmmədov Ağcəbədi Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini təyin edilib.
Qeyd edək ki, R.Məmmədov bundan əvvəl Ağcabədi RPŞ-nin İstintaq bölməsinin rəisi işləyib. Onun yerinə hələ ki təyinat yoxdur. /report