Vikiliks qurucusunun İngilis həbsxanasındakı gizli görüntüləri ortaya çıxdı

Baxış sayı:
4846

Wikiliksin qurucusu Julian Assange İngiltərədə tutulduğu yüksək təhlükəsizlikli həbsxanada görüntülənib. Gizli kamera qeydlərini Rus xəbər agentliyi əldə edib. Bu görüntülərin çəkilməsindən qısa müddət sonra Assange-ın sağlağının pozulduğu və tibb məntəqəsidə müşahidə altında tutulduğu iddia edilir.
 
Rus mediasına sızdırılan gizli kamera qeydləri yüksək təhlükəsizlikli Belmarsh Həbsxanasında çəkilib. Görüntülərdə,  Julian Assange başqa bir məhkum ilə söhbət edərkən görülür.
Gizli kamera görüntülərində bir hameranın içi də göstərilir. Yerdə bir çox jurnal gözə dəyir. Ancaq bu kameranın Assange-a aid olub olmadığı bilinmir.
Kamera görümtülərini Assange-ın dəstəkçisi olduğu ifadə edilən bir başqa məhkumun çəkdiyi ifadə edilir.
Görüntülərin çəkilməsindən qısa müddət sonra Assange-ın sağlıq durumunun pisləşdiyi və tibb məntəqəsidə müşahidə altında tutulduğu bildirilir.

Müxalifət.az