Vidadi İsgəndərlinin atasının məzarını kimlər TƏHQİR EDİB? - ŞOK FAKTLAR / FOTOLAR

Baxış sayı:
3211

Siyasi mühacirətdə yaşayan hüquq müdafiəçisi Vidadi İsgəndərlinin atasının məzarının naməlum şəxslər tərəfindən təhqir olunduğu haqda bir neçə dəfə məlumat vermişdik. Qeyd etmişdik ki, sifətləri görünməyən iki nəfər şəxs V.İsgəndərlinin atasının Göyçayın Məlikkənd qəbiristanlığındakı məzarını təhqir edib. Hansı ki, sonradan bu rəzilətin video-görüntüləri Youtube kanalına yerləşdirilərək, sosial şəbəkələrdə paylaşılmışdı.

Bəlli olduğu kimi, bu görüntülər Facebook-da ciddi müzakirə olunmuş və əksər sosial şəbəkə istifadəçiləri tərəfindən ciddi etiraza səbəb olmuşdu. O cümlədən, təbii olaraq Vidadi İsgəndərlinin məlum olaya reaksiyası da çox kəskin olmuşdu və hüquq müdafiəçisi bu əmələ görə birbaşa hakimiyyəti ittiham etmişdi. Bu səbəbdən də o, həmin görüntülər yayıldıqdan sonra ölkə rəhbərliyinin əleyhinə çox kəskin və təhqiramiz çıxışlar etməkdədir...

Lakin bu günlərdə bəlli olur ki, əslində Vidadi İsgəndərlinin atasının məzarı heç də təhqir olunmayıb və sözügedən qalmaqallı video-çəkiliş Göyçayda deyil, Bakı kəndlərindən birində çəkilib. Bu sensasion fakt İntiqam Mirzoyev adlı Facebook istifadəçilərindən biri tərəfindən ortaya çıxarılıb. Onun statusunu olduğu kimi oxucularımıza təqdim edirik:

“DƏYƏRLİ DOSTLAR!

İndi yazacağım status bəlkə də çoxlarınıza inanılmaz görünəcək. Lakin bir təsadüf nəticəsində ortaya çıxardığım faktları tam detalları ilə təqdim edəcəm ki, kimsənin şübhəsi qalmasın...

SÖHBƏT HAZIRDA SİYASİ MÜHACİRƏTDƏ OLAN HÜQUQ MÜDAFİƏÇİSİ VİDADİ İSGƏNDƏRLİNİN ATASININ MƏZARININ KİMLƏR TƏRƏFİNDƏN VƏ NECƏ TƏHQİR OLUNMASINDAN GEDİR...

Hüquq müdafiəçisinin atasının məzarının təhqir olunmasını Azərbaycanda eşitməyən çox az adam var. Sosial şəbəkə istifadəçilərinin əksəriyyətinin bu haqda məlumatı olduğuna isə şübhə etmirik. Çünki bu mövzu aylardır sosial şəbəkədə müzakirə olunmaqdadır. Lakin məlumatsız olan vətəndaşların diqqətinə çatdırım ki, mart ayının əvvəlində Vidadi İsgəndərlinin atasının Göyçay rayonunda olan məzarının təhqir olunması haqda youtube kanalında yerləşdirilmiş video yayıldı. Həmin videoda ilk öncə V.İsgəndərlinin atasının Göyçayın Məlikkənd kəndində olan məzarının öndən çəkilmiş fotosu, daha sonra baş hissəsi kadra düşməyən iki şəxsin qəbiristanlıqda gəzişməsi əks olunan video-görüntülər göstərilir...

Qeyd edim ki, bu videoya baxanda ilk olaraq çəkiliş aparılan məzarlıq mənə tanış gəlmişdi. Lakin heç vaxt Göyçay rayonunun Məlikkəndində olmadığımdan, bu məsələyə çox da diqqət yetirmədim. Ötən həftə bir qohumumla birlikdə yenidən Bakının ətrafındakı Zığ kəndində yerləşən məzarlığa getdikdə, bir daha əmin oldum ki, “Məlikkənd qəbiristanlığı”nın mənə tanış gəlməsi heç də səbəbsiz deyilmiş...

Sizə təqdim etdiyim fotolardan da göründüyü kimi, sən demə, Viadi İsgəndərlinin atasının məzarının təhqir olunması faktı tamamilə quramadır. Doğrudur, bu video-çəkilişin aparılması məhz həmin çirkin niyyətin həyata keçirilməsinə yönəlib. Amma görünən odur ki, ya belə bir rəzil əməlin sifarişçiləri, ya da icraçıları Vidadi İsgəndərlinin atasının fotosunu haradansa əldə edərək, həmin şəkili video-kadrların önünə yerləşdirməklə, çəkilişin guya Göyçay rayonunun Məlikkəndində aparıldığı haqda görüntü yaratmağa çalışıblar. Əslində isə, sizə təqdim etdiyim fotolardan da aydın görünür ki, sözügedən çəkiliş Bakının Zığ kəndindəki xristian-müsəlman qəbiristanlığında aparılıb və öndə yerləşdirilən foto istisna olmaqla, bu görüntülərin Məlikkənd kənd qəbiristanlığına heç bir aidiyyatı yoxdur. Bütün bunlar isə belə deməyə əsas verir ki, videoda təhqir olunan Vidadi İsgəndərlinin atasının məzarı deyil, başqa bir şəxsə aiddir.

Onu da qiqqətinizə çatdırım ki, Zığ kəndində yerləşən məzarlığın yaxınlığında video-müşahidə qurğuları var, həmin kameraların görünütülərini araşdırmaqla şəxsləri tapmaq çox asandır...”.







Hurriyyet.org

Redaksiyadan: Mövzu ilə bağlı araşdırma aparacağıq.