​Vidadi İsgəndərli Azərbaycan vətəndaşlığından imtina edib

Hüquq müdafiəçisi, keçmiş məhbus Vidadi İsgəndərli Azərbaycan vətəndaşlığından imtina edib. Hüquq müdafiəçisi vətəndaşlıqdan imtina haqqında ölkə başçısı İlham Əliyevə göndərdiyi müraciətin mətnini bir sıra KİV-lərə göndərib.
Müraciətdə Vidadi İsgəndərli vətəndaşlıqdan imtina etməsini son illər ərzində özünün təqiblərə məruz qalması, ölkədə özbaşınalığın hökm sürməsi və son seçkilərdə üzləşdiyi qanunsuzluqlarla əsaslandırıb. Hüquq müdafiəçisi özünün və ailə üzvlərinin hədə-qorxuya məruz qaldığını bildirib.
Yada salaq ki, Vidadi İsgəndərli 89 saylı Göyçay-Ağdaş seçki dairəsindən deputatlığa namizəd idi.