Vəhşi donuzlar İŞİD terrorçularını parçaladı - İRAQDA

Hadisə Kərkük əyalətində baş verib

İraqın Kərkük əyalətində vəhşi çöldonuzları İŞİD terror qruplaşmasının bazasına hücum edərək orada üç yaraqlını parçalayıblar.
Muxalifet.az xəbər verir ki, bu barədə "Iraqi News" agentliyi məlumat yayıb.
Qeyd olunur ki, insident Əl-Rəşad rayonu ərazisində qeydə alınıb.
Terrorçular vaxtaşırı onların kənd təsərrüfatı sahələrinə daxil olan heyvanları qovmağa çalışıblar. Nəticədə üç terrorçu ölüb.
Fakt öz rəsmi təsdiqini tapmayıb.