Vəfat etmiş şəxsin pensiyasını vərəsəsi ala bilər - DSMF-dən AÇIQLAMA / Video

Baxış sayı:
661

Əmək fəaliyyəti ilə məşğul olan elə şəxslər var ki, pensiya təyin edildikdən qısa müddət sonra vəfat edir. Təbii ki, həmin şəxsin hesabında müəyyən qədər vəsait olur. Bu zaman həmin vəsaitin aqibəti haqqında müəyyən suallar yarana bilər. DSMF bu məsələyə aydınlıq gətirib. Belə ki, pensiya təyin edilmiş vətəndaşın vəfat etməsindən sonra onun almadığı pensiya ödənişləri vərəsələrinə yönəldilə bilər.

Pensiya təyin edilmiş vətəndaşın vəfat etməsindən sonra onun almadığı pensiya ödənişləri vərəsələrinə yönəldilə bilər. Dövlət sosial müdafiə fondunun şöbə müdiri Eyvaz İsmayılov bildirib ki,indiyə qədər 150 minədək vərəsəyə vəfat etmiş şəxsin pensiyası təyin edilib.

Şöbə müdirinin sözlərinə görə qanunvericilikdə bu məqsədlə bir sıra tələblər nəzərdə tutulub.Pensiya ala biləcək vərəsə qismində vəfat etmiş pensiyaçının həyat yoldaşı çıxış edə bilər. Burada əsas şərtlərdən biri həyat yoldaşının da pensiya alacaq yaşda olmasıdır.

Eyvaz İsmayılov bildirib ki,vəfat etmiş şəxsin həyat yoldaşı da pensiya alırsa, bu zaman ona seçim etmək hüququ verilir

Həyat yoldaşından başqa vəfat etmiş şəxsin övladları da vərəsə kimi pensiyanı ala bilərlər.Bu zaman bir sıra meyarlar əsas götürülür

Eyvaz İsmayılovun sözlərinə görə pensiya təyin edilmiş vətəndaş vəfat etdikdən sonra onun heç bir vərəsəsi olmasa, yaxud da həyat yoldaşı və övladları pensiya almaq üçün nəzərdə tutulan tələblərə cavab vermirlərsə, o zaman balansda yığılan vəsait cari pensiyaçıların maliyyələşdirilməsinə yönəldilir.Vərəsə qismində pensiya alacaq vətəndaşlar lazımi sənədlərlə dövlət sosial müdafiə fondunun rayon şöbələrinə müraciət edə bilərlər.