​“Veysəloğlu”nun əməkdaşına HÜCUM OLUB – Oğrular şirkətin 70 min manatını apardılar

Baxış sayı:
4615

Mingəçevir şəhərində şirkət əməkdaşına hücum olub, onun üzərindəki külli miqdarda pul aparılıb.
 “Veysəloğlu” Şirkətlər Qrupunun Mingəçevir filialında çalışan Abdullayev Elvin Rafiq oğlu yaşadığı binadan çıxarkən 2 nəfərin hücumuna məruz qalıb. Naməlum şəxslər zərərçəkənin əlində olan çantanı alaraq qaçıblar. Məlumata görə, çantanın içərisində “Veysəloğlu” Şirkətlər Qrupuna məxsus 70 min manat vəsait olub.
Faktla bağlı araşdırma aparılır. (Report)