Verglilər Nazirliyinin işdən çıxarılan idarə rəisi istintaqa cəlb olundu

Vergilər Nazirliyinin işdən azad olunmuş baş idarə rəisi Vidadi Məmmədov Milli Təhlükəsizlik Nazirliyində baş verənlərlə bağlı Baş Prokuroluqda aparılan istintaqa cəlb olunub.
APA-nın əldə etdiyi məlumata görə, V.Məmmədov MTN-də olan dəstə ilə birgə iş adamlarına qarşı fəaliyyətdə şübhəli bilinir.
 
*   *   *14:15
 
Vergi strukturlarında yeni təyinat olub.
Vergi Xidmətinin baş müşaviri Ramiz Ağayev Vergilər Nazirliyi Vergi Cinayətlərinin Analizi Baş İdarəsinin rəisi əvəzi təyin edilib.
“Trend”in məlumatına görə, Vergi Cinayətlərinin Analizi Baş İdarəsinin rəisi Vidadi Məmmədov bu günlərdə həmin vəzifədən öz ərizəsi ilə çıxıb. O, bu vəzifəyə 2015-ci ilin sentyabrında təyin edilmişdi. Buna qədər isə Vergi Cinayətlərinin İlkin Araşdırılması Departamentinin rəisi vəzifəsini tuturdu.
R.Ağayev isə əvvəllər həmin idarənin rəis müavini vəzifəsini icra edib.