Vergidən yayınanların ödədiyi məbləğ – 4 ayda cərimə və sanksiyalardan 46 milyon manat pul yığılıb

Baxış sayı:
4870

 Bu ilin yanvar-aprel aylarında vergi qanunvericiliyinin pozulması ilə bağlı tətbiq edilən cərimə və sanksiyaların məbləği açıqlanıb.

“APA-Economics” “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının qanununda dəyişikliklər edilməsi barədə” qanun layihəsinə Hesablama Palatasının rəyində qeyd olunub.

Sənəddə bildirilib ki, bu ilin 4 ayında aylarında vergi qanunvericiliyinin pozulması ilə bağlı tətbiq edilən cərimə və sanksiyalardan daxilolmalar 46 mln. 581,3 min manat olub. Bununla da dövlət büdcəsində illik proqnoz 33,3% icra olunub.