​“Venesuelanın azadlığı uğrunda Maduro tərəfində döyüşə hazıram” – MARADONA

Baxış sayı: 77

Əfsanəvi argentinalı futbolçu Dieqo Maradona Venesuela prezidenti Nikolas Maduroya dəstək olaraq bildirib ki, onun tərəfində döyüşməyə hazırdır.
"Biz ömrümüzün sonunadək “Çavestlərik” (eks-prezident Uqo Çavesin tərəfdarları). Və nə vaxt Maduro buyuracaqsa, mən Venesuelanın azadlığı üçün əsgər formasını geyinəcəyəm, imperializm əleyhinə vuruşacağam. Onlar bizim bayraqlara sahib olmaq istəyirlər, bizim üçün ən qiymətli olanı ələ keçirmək istəyirlər", - deyə Facebookda Maradona yazıb.