Venesuelamı qaranlığa qərq edən ABŞ təxribatı

Baxış sayı:
6514

Venesuela prezidenti Nikolas Maduro ölkədəki elektrik probleminin düzəldilməsi üçün 30 günlük bir idarəetmə planını tətbiq etdiklərini bildirib.
 
 Tarixinin ən ciddi siyasi böhranını yaşayan Venesuelada mart ayının ilk həftəsində başlayan elektrik fasilələri davam edərkən, bu fasilələri təxribat kimi qiymətləndirən hökumətin də vəziyyəti düzəltmək üçün işləri davam edir.
Mövzuya dair son prosesləri və qərarları açıqlayan Maduro, ölkədəki elektrik fasilələrinin qarşısını almaq üçün "istehsalda tarazlıq, etibarlı təminat, paylama rəhbərliyi və bütün ölkədə istehlak xidməti" mövzularında intensivləşdirmək üçün 30 günlük bir planı dövrəyə buraxdıqlarını qeyd edib.
Plana dair bir detal açıqlamayan Maduro, cümə günü baş verən 3-cü elektrik fasiləsinin Guri Hidroelektrik Stansiyasına qarşı həyata keçirilən yeni bir təcavüzdən qaynaqlandığını və sistemə bir sızma olub olmadığının araşdırıldığını bildirib.
İlk yaranan fasilənin ABŞ-dan göndərilən bir virusdan qaynaqlandığını ifadə edən Maduro, daha sonra elektrik sisteminə fiziki və elektromaqnit hücumlar təşkil olunduğunu və bu üzdən fasilələrin davam etdiyini vurğulayıb.
Məktəblərin çərşənbə axşamı, ya da çərşənbə günü yenidən açılacağını bildirən Maduro, iş vaxtlarının də yenidən bərpa olunduğunu və işlərin 14:00- başa çatacağını qeyd edib.
Müxalifət.az