Venesueladan Amerikalı diplomatlara 72 saat müddət!

Baxış sayı:
11200

 Ölkənin yarısına günlərdir elektrik verilməyən Venesuelada xarici işlər naziri Jorge Arreaza ABŞ-lı diplomatlara ölkəni tərk etməsi üçün 72 saat müddət tanıyıb.
 
 ABŞ-ın xarici işlər naziri Mayk Pompeonun Karakasda qalan son diplomatlarını da çəkmə qərarını açıqlamasın sonra Venesuelanın xarici işlər naziri Jorge Arreaza verərək ABŞ diplomatlarının 72 saat ərzində ölkəni tərk etməli olduğunu bildirib.
 Arreza Vaşinqton ilə bundan sonrakı diplomatik əlaqələrinin Birləşmiş Millətlər Təşkilatı (BMT) üzərindən aparılması lazım olduğunu vurgulayıb. Venesuelaya hərbi müdaxilə variantını masada tutan Vaşinqton rəhbərliyindən isə yeni bir addım daha gəlib. ABŞ-ın Venesuela üzrə xüsusi nümayəndəsi Elliott Abrams gələcək günlərdə Venesuelaya qarşı çox kəskin tədbirlər görüləcəyini deyib
 
Maduro: Əlimizdə sübutlar var, kiber hücum ABŞ-dan keçirilib
 
 Venesuela prezidenti Nikolas Maduro ölkədə davam edən elektrik böhranı haqqında ABŞ-ı hədəf alaraq, "Əlimizdə sübutlar var, kiber hücum ABŞ-dan həyata keçirilib. Pentaqonun əmri ilə Çikaqo və Hyustondan hücumlar olub" deyib.
Maduro ölkəsində baş verən elektrik fasilələrinə görə ABŞ-ı kiber hücum ilə günahlandırıb. Çin, Rusiya, İran və Kubadan yardım istəyəcəyini deyən Maduro, müxalifəti də tənqid edərək xalqı radionu, fənərlərini, şamlarını və sularını hazır tutmağa dəvət edib.
Müxalifət.az