Venesueladakı çevriliş cəhdi çökdü

Baxış sayı:
6808

 Venesuela prezidenti Nikolas Maduro ölkəsindəki "dövlət çevrilişi cəhdinin uğursuzluğa uğradığını", həllin dialoq, hörmət və qarşılıqlı ankayışdan keçdiyini söyləyib.
 
Prezident Maduro etdiyi çıxışında, müxalif Milli Məclis sədri Xuan Guiadonu ABŞ başda olmaqla, bir çox Qərb və Latın Amerikası ölkələri "müvəqqəti dövlət başçısı" kimi tanıması ilə bağlı, "Ağ Ev özünü çıxışı olmayan bir küçəyə saldı. Çevriliş cəhdi uğursuz oldu, indi yeganə çıxış yolu dialoq, anlaşma və hörmətdir" deyib.
 
SƏHV ETDİLƏR
 
 ABŞ imperiyasının müxalifətlə dialoq olmaması üçün əmr verdiyini deyən Maduro, bunun bir səhv olduğunu və ABŞ prezidenti Donald Trampın müşavirlərinin onu bu səhvə vadar etdiyini söyləyib.
“Daha artıq dialoq və daha çox sülh istəyirik. Biz sülhün əsgərləriyi" deyən Maduro, ölkəsinə kimsənin zərər verməsinə imkan verməyəcəklərini vurğulayıb.
Maduro Venesuelaya dünən Rusiya, Çin və Kubadan 933 ton dərman gəldiyini və bunların pullarının ödəndiyini xatırladaraq kimsənin köləsi olmadığını, ölkədəki iqtisadi şərtləri düzəldəcəklərini bildirib.
Müxalifət.az