Venesuelada vətəndaş müharibəsi təhlükəsi

Baxış sayı:
4762

Venesuelanın dövlət başçısı Nikolas Maduro və özünü prezident elan edən müxalif lider Xuan Guiadonun havadarları ayrı-ayrı olaraq küçəyə çıxacaq. Guiado xalqa etiraz aksiyalarına davam etmək üçün müraciət edərkən Maduro tərəfindən də bir həmlə edilib. Maduronun tərəfdarları da şənbə günü dövlət başçısı Uqo Çavesin (1999-2013) hakimiyyətə gəlməsinin 20 illiyini qeyd etmək üçün paytaxt Karakasda toplanma qərarı verib.
 
ÇAVES ÜÇÜN KÜÇƏLƏRƏ TÖKÜLƏCƏKLƏR
 
 Venesuelanın Milli Qurucu Məclisinin sədri Diosdado Cabello etdiyi açıqlamada, "2 fevralda komandir Uqo Çavesin prezidentlik kürsüsünə oturmasının 20-ci ilində ölkəmizi müdafiə etmək üçün, yeni müharibələr və yeni zəfərlərə hazırlaşmaq üçün Karakasdakı Bolivar küçəsinə gedirik" deyib.
 
ONLARI MƏSUL TUTURAM
 
 Juan Guaidonun xanımı Fabiana Rosales etdiyi açıqlamada, “Ölkəmizdə hər hansı bir yerdə qan tökülürsə, bu hazırda hakimiyyətdə olanın cinayətidir" deyib. Bir neçə həftə əvvəl aparılan həbslərə toxunan Rosales, "Qağayıları nəzarətə aldıqları gün bizi maşından çıxmağa məcbur edirlər. Bizi işarə etdilər. Amma bizdən daha çox qorxdular" deyib.
Guaido isə ailəsinin təhdid altında olduğunu bildirərək, "20 aylıq qızımın yaşayacağı hər cür zorakılıqdan onları məsul tuturam" deyə söyləyib.
 
KOLUMBİYA VENESUELALI SƏLAHİYYƏTLİNİ QƏBUL ETMƏDİ
 
 ABŞ-ın Venesuelaya qarşı başlatdığı əməliyyatda ən ön sırada yer alan Kolumbiyadan isə gözlənilən həmlə gəldi. Venesuelanın qanuni hökuməti tərəfindən səlahiyyətləndirilən Kolumbiya-Venesuela tərəfdaşlığı Monmeros Şirkətinin rəhbəri Rnald Ramrez Mendozanın ölkəyə girişini əngəlləyib. Digər tərəfdən, Kolumbiyaya məxsus hərbi vertolyotlar Venesuela sərhədində patrul gəzməyə başlayıb. Günortadan sonra iki Kolumbiya təyyarəsinin Venesuela hava məkanını pozaraq sonra geri döndüyü qeyd edilib.
Müxalifət.az