VENESUELADA "SULAR DURULUR" - Maduro növbədənkənar seçkilərə razılıq verdi

Baxış sayı:
829

Venesuela prezidenti Nikolas Maduro ölkədə erkən parlament seçkilərinin keçirilməsinə hazır olduğunu bəyan edib.
 
“Qafqazinfo”nun “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə o, Karakas şəhərində tərəfdarlarının iştirakı ilə baş tutan mitinqdə bildirib.
 
“Onlar seçki istəyirlər? Biz parlament seçkilərini keçirəcəyik”, - deyə Maduro söyləyib.
 
Ölkənin qanuni prezidenti təklifin Venesuelanın Konstitusiya Assambleyası tərəfindən nəzərdən keçiriləcəyini qeyd edib.