Venesuelada saxta prezidentə həbs yolu görsəndi: Guaidonun toxunulmazlığı ləğv edildi

Baxış sayı:
8086

 Venesuelanın Ali Məhkəməsi özünü dövlət başçısı elan edən Milli Məclisin sədri Xuan Guaidonun parlament toxunulmazlığının qaldırılmasını qəbul edib. Konstitusiya Məhkəməsinin sədri Maike Moreno müxalifət lideri əleyhinə alınan qərarın Kolumbiyaya etdiyi icazəsiz səyahətlə bağlı olduğunu açıqlayıb.
 
Nikolas Maduro özünü müvəqqəti prezident elan Xuan Guaidonu həbs edə bilmək üçün yeni bir addım atıb. Venesuela Yüksək Ədalət Divanı (TSJ) Chavista Milli Qurucu Məclisinə (ANC) müxalifət liderinin məclis toxunulmazlığını ləğv etməsini qəbul edib.
Müxalifət.az