Venesuelada qan töküldü: Çox sayda ölü var

Baxış sayı:
319

Venesuelada bir polis mərkəzində tutulan məhkumların polisə hücum edərək qaçmağa cəhd etməsindən sonra çıxan qarşıdurmada ən az 23 məhkumun öldüyü bildirilib.
 
Venesuela mətbuatındakı xəbərlərə görə, Portuguesa əyalətindəki bir polis mərkəzində tutulan məhkumlar qaçmaq üçün əllərinə keçirdikləri silahlarla polisə hücum edib.
 
ƏN AZ 23 ÖLÜ
 
Çıxan qarşıdurmada ən az 23 adamın öldüyü, 19 polisin də yaralandığı qeyd edilib.
Hadisə ilə bağlı rəsmi mövqelərdən hər hansı bir açıqlama edilməzkən, ölü sayı və məkanla bağlı fərqli iddialar ortaya çıxıb.
Bəzi media qurumları qarşıdurmanın bir həbsxanadakı üsyan cəhdi səbəbiylə yaşandığını və hadisədə 29 məhkumun həyatını itirdiyi yönündə xəbərlər verib.
Müxalifət.az