Venesuelada nümayişlər başlayır

Baxış sayı:
5821

Venesuela tarixindəki ən əhəmiyyətli zəfərlərdən olan Carabobo Müharibəsinin 198-ci ildönümü münasibət ilə 5 iyulda hökumət hərbi parad, müxalifət isə etiraz nümayişi təşkil edəcək.
 
Aylardır böyük bir siyasi böhran yaşayan və çevriliş cəhdlərinə səhnə olan Venesuelada, dövlət başçısı Nicolas Maduro hökuməti böyük bir hərbi parad, özünü keçici dövlət başçısı elan edən Milli Məclis (AN) sədri Juan Guaido liderliyindəki müxalifət isə etiraz aksiyası ilə küçəyə çıxacaq.
Müxalif mətbuatın keçən həftə ortaya çıxarılan yeni çevriliş cəhdi və sui-qəsd planlarından ötəri təxirə salınacağını iddia etdiyi böyük hərbi paradın reallaşdırılacağı Venesuelanın Müdafiə naziri Vladimir Padrino Lopez tərəfindən bəyan edilib.
Sosial media hesabından zirehli texnika və tankların görüldüyü bir video paylaşan Padrino Lopez, "Xalqımıza 5 iyul Vətən və Silahlı Qüvvələr günündə böyük bir hərbi və mülki parad təqdim etmək üçün hazırlıqlarımıza davam edirik" deyə qeyd edib.
Müxalifət.az