Venesuelada maraqlı gəlişmə: Bir araya gəlirlər

Baxış sayı:
2593

Venesuela hökuməti ilə müxalifət nümayəndələri bu həftə Norveçin vasitəçiliyi ilə Barbadosda bir araya gələcək.
 
Aylardır böyük bir siyasi böhran yaşayan və çevriliş cəhdlərinə səhnə olan Venesuelada, dövlət başçısı Nicolas Maduro hökuməti və özünü keçici dövlət başçısı elan edən müxalif Milli Məclis sədri Juan Guaidonun nümayəndələri may ayında Norveçdə edilən görüşlərdən sonra yenidən bir araya gəlir.
Tərəflərin hansı gün görüşəcəyi bildirilməsə də, görüşün ölkənin şimal-şərqindəki ada ölkəsi Barbadosun ev sahibliyində baş tutacağı qeyd edilib.
Norveçin vasitəçiliyi ilə keçiriləcək görüşdə hökuməti Venesuela Ünsiyyət, Turizm və Mədəniyyətdən məsul dövlət başçısının köməkçisi və hökumətin baş müzakirəçisi Jorge Rodriguez təmsil edəcək. Rodriguez görüşlərin davamlı bir şəkildə reallaşdırılacağını ifadə edib.
Rodriguez müxaliflərlə konstitusiyaya uyğun bir çıxış yolu axtarılacağını vurğulayıb.
 
ƏVVƏL YALANLADI, SONRA BƏYAN ETDİ
 
ABŞ başda olmaqla, bir çox qərb və Latın Amerika ölkəsinin dəstəyini alan Guaido da bir neçə gün əvvəl təkzib etdiyi görüşləri, sosial media hesabından etdiyi açıqlama ilə bəyan edib.
Hər fürsətdə ordudan dəstək istəyən və bir də uğursuz hərbi çevrilişə cəhd etməyə çalışan Guaido, yeni görüşlərlə bağlı "Diktatorluqdan çıxış müzakirəsi meydana gətirmək üçün qəsbçi rejimin nümayəndələri ilə bir araya gəlinəcək" deyə qeyd edib.
Müxalifət.az