Venesuelada Maduro hərəkətə keçdi

Baxış sayı:
12001

Özünü müvəqqəti prezident elan edən Məclis sədri Xuan Guaidonun 30 apreldə bir qrup əsgərlə paytaxt Karakasda uğursuzluqla nəticələnən hərbi çevrişə cəhdin iştirakçıları haqqında ölkədə başlanılan qanuni proses gedir.
 
 Venesuelada dövlət yanındakı səlahiyyətli qanunverici orqan Qurucu Məclisin (ANC) Venesuela Ali Ədalət Məhkəməsinin (TSJ) hadisələrdə rol alan 7 deputatın mandatlarının alınması istəyinə bir neçə saat ərzində müsbət cavab verib.
Vətənə xəyanət, hiylə, silahlı və dinc üsyana təşviq, cinayət törətmək üçün təşkilat yaratmaq, səlahiyyət qəsbi, ictimai qanunlara riayət etməməyə təşviq etmək və nifrət cinayəti törətmək" ittihamları yönəldilən deputatların mandatlarını ləğv edən ANC-nin TSJ-nin ehtiyac duyduğu mühakimə icazəsini də qısa müddət ərzində verməsi gözlənilir.
Müxalifət.az