Venesuelada hərbi helikopter yerə çırpıldı

Baxış sayı:
7228

Bu gün səhər saatlarında Venesuelanın şimalında hərbi helikopter qəzaya uğrayıb.
Muxalifet.az xəbər verir ki, bu barədə şənbə günü El-Atilo bələdiyyəsinin (Miranda ştatı) meri Elias Saye Tvitter hesabında məlumat verib.
“Göyərtəsində yeddi nəfər olan hərbi helikopter bu gün səhər Oripotoda yaşıl zonada yerə çırpılıb. Bizim El-Atilo mülki müdafiə qüvvələrinin komandası axtarış işlərinə kömək edir”, - mer qeyd edib.
Hələlik ekipajın və sərnişinlərin taleyi barədə informasiya yoxdur. İlkin məlumata görə, söhbət "Bell 412" helikopterindən gedir.