Venesuelada elektrik təxribatçıları tutuldu

Baxış sayı:
8023

Venesuelanın dövlət başçısı Maduro, 'Simon Bolivar hidroelektrik Stansiyasına yönəlik yeni bir təxribat hazırlığı edən iki adamı yaxaladıq' deyib.
 
Venesuelada keçən cümə axşamı günü axşam saatlarında başlayan və hələ də bir çox yerdə davam edən elektrik kəsilməsi ilə bağlı açıqlama verən Maduro,  iki elektrik təxribatçısının tutulduğunu bildirib.
Təxribat cəhdinin hidroelektrik Stansiyanın rabitə sisteminə yönəlik olduğunu ifadə edən Maduro, "Ədalət sistemindən xalqımıza etdikləri bu nəhəng zərər səbəbiylə bunların beyin komandalarından hesab sormalarını xahiş edirəm" deyə söyləyib.
Prezident Maduro ABŞ hökumətinin bu hücum ilə Venesuela xalqını qəzəbləndirə biləcəyini və xalqı təslim olmağa məcbur edəcəyini sandığını, ancaq Venesuela xalqı ən dərin vətənpərvərlik hissi ilə bu tərz hücumlara müqavimət göstərməyə davam edəcəyini bildirib.
Venesuelanın milli birliyini ayaqda tutmaq üçün bütün Venesuelalıları birliyə çağıran Maduro, həmişə birlikdə güclənərək böyüməyə davam edəcəklərini söyləyib.
Müxalifət.az