Venesuelada çevriliş siqnalı: “Hər şey edəcəyik”

Baxış sayı:
5701

Venesuelada özünü müvəqqəti dövlət başçısı elan edən ABŞ kuklası Juan Guaido, dövlət başçısı Nikola Maduronu təhdid edərək mövcud hökumətin devrilməsi üçün mümkün olan hər şeyi edəcəyini söyləyib.
 
Juan Guaido, "ölkədəki fövqəladə humanitar vəziyyəti" dayandırmaq üçün xarici bir gücün hərbi müdaxiləsinə icazə verib verməyəcəklərinə yönəlik suala, müxalifət olaraq mümkün olan hər şeyi edəcəkləri cavabını verib. Tarixinin ən ciddi siyasi böhranlarından birini yaşayan Venesuelada dövlət başçısı Nicolas Maduronun hökumətini qəbul etməyən ABŞ və bölgədəki bəzi ölkələrin "humanitar yardım" iddiasıyla başlatdıqları və hərbi müdaxilə ehtimalı ilə bağlı müzakirələr davam edir.
Guiado, mövzuyla əlaqədar “AFP”-yə verdiyi və ölkə mətbuatında yer alan reportajda, Venesuela müxalifətinin "ölkədəki fövqəladə humanitar vəziyyəti” dayandırmaq üçün mümkün olan hər şeyi edəcəyini vurğulayıb.
Guaido bir çox Qərb ölkələri tərəfindən tanınan müvəqqəti prezident sifəti ilə ABŞ, ya da başqa bir gücün varlığına yaşıl işıq yandırıb, yandırmayacağı ilə bağlı suala bu cavabı verib: "Biz əlimizdən gələn hər şeyi edəcəyik. Bu, əlbəttə, çox mübahisəyə səbəb olan bir mövzudur, lakin uşaqların ölməməsi, insanların həyatlarını qurtara bilmək və ölkəni idarə olunacaq vəziyyətə gətirib, humanitar vəziyyətə müdaxilə edə bilmək üçün Milli Məclisin suverenliyini və səlahiyyətlərimizi istifadə edərək nə lazımdırsa, onu edəcəyik".
Müxalifət.az