Venesuelada böyük təxribat: Ölkə qaranlığa gömüldü!

Baxış sayı:
4435

 Venesuelada dünən günorta saatlarında baş verən elektrik kəsintisi səbəbindən ölkənin hamısı qaranlığa qərəq olub.
 
Venesuela mətbuatında çıxan xəbərə görə, dünən yerli saatla 16.00 radələrində ölkənin böyük bir hissəsinə elektrik təmin edən Bolivar ştatındakı Simon Bolivar hidroelektrik stansiyasında hələlik səbəbi məlum olmayan bir qəza səbəbiylə 23 əyalətdən 22-sində elektrik kəsintisi baş verib.
Venesuela Milli Elektrik Şirkəti tərəfindən (CORPOELEC) sosial mediada edilən açıqlamada, Guri adı ilə tanınan Simon Bolivar hidroelektrik stansiyasına təxribat hazırlandığı, işlərin davam etdiyi və bunun hökumətə qarşı aparılan müharibənin bir parçası olduğu qeyd olunub.
Elektrik kəsintisi səbəbindən paytaxt Karakasda metroların işləməməsi nəqliyyatın axsamasına yol açıb.
Venesuelada Elektrik Enerjisi üzrə nazir Luis Motta Dominguez də elektrik kəsintisini təcavüz kimi qiymətləndirərək işlərin davam etdiyini bildirib.
Müxalifət.az