Venesuelada ABŞ silahları ələ keçirildi

Baxış sayı:
7774

Venesuela İctimai Təhlükəsik Nazirliyi Valencia şəhərindəki Arturo Miçelena Beynəlxalq Havalimanındaki bir anbarda ABŞ-ın Mayami şəhərindən göndərilən çox sayda silah və sursatı ələ keçirildiyini bildirib. İctimai təhlükəsizlik nazirinin müavini Endes Palencia da ələ keçirilən silah və sursatların fotoşəkillərini Twitter hesabından paylaşaraq anbarda ABŞ istehsalı 19 tüfəng və 118 maqazin, yüksək kalibrli sursatla bərabər, 90 rabitə cihazı və 6 cib telefonu olduğunu bəyan edib. Ələ keçirilən silah və sursatların 3 fevralda Mayami şəhərindən gələn bir təyyarə ilə gətirildiğinin təsbit edildiyinə diqqəti çəkən Palencia, "Venesuela xalqının sülh və təhlükəsizliyini təhdid edən və terrorçu qruplara maliyyə dəstəyi təmin edənlərə qarşı təhlükəsizlik qurumları olaraq məsuliyyətimizi sonuna qədər yerinə yetirəcəyik" deyib. Palencia hadisə ilə əlaqədar prokurorluğun istintaqı başlatdıığını bildirib. Müxalifət.az