Venesuelada ABŞ “kuklası”nın toxunulmazlığı qaldırılacaq

Baxış sayı:
7726

 Venesuelada özünü müvəqqəti prezident elan edən Milli Məclis sədri Xuan Guaidonun toxunulmazlığının qaldırılması tələb olunub.
 
ABŞ başda olmaqla, bir çox Qərb və Latın Amerika ölkəsinin dəstəyini alan Guaido haqqında açılan qanuni proses işləməyə davam edir.
Ali Ədalət Məhkəməsi sədri Maikel Moreno ölkədəki səlahiyyətli qanunvericilik orqanı Qurucu Məclisdən Guaidonun toxunulmazlığını qaldırmasını istəyib.
Moreno bu qərarının Guaidonun "Yurd xaricinə çıxma qadağasına baxmayaraq, Kolumbiyaya keçməsi" səbəbindən açılan qanuni proses üçün götürdüyünü bildirib. Prosesin çox açıq olduğunu vurğulayan Moreno, ona görə bu mövzuda bir "ön araşdırmaya" lüzum olmadığını vurğulayıb.
Müxalifət.az