Venesuela sərhədində qorxulu gəlişmə

Baxış sayı:
13924

 Kolumbiya hərbi hava qüvvələrinə məxsus bir C-130 yük təyyarəsi Kolombiya-Venesuella sərhədində yerləşən Cucuta şəhərinə çox sayda əsgər göndərib.
 
İLK HƏRBİ YIĞINAQ BRAZİLİYA TƏRƏFİNDƏ OLDU
 
 Ötən bazar günü də Venesuelanın Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə Ofisi yanındakı daimi nümayəndəsi səfir Jorge Valero ABŞ-ın ölkəsinə hərbi müdaxiləsinin an məsələsi olduğunu bildirmiş, açıqlamanın keçirildiyi gün Braziliya da bir çox hərbi texnika və tankla Venesuela sərhədinə güc toplamışdı.
 
YENİ ƏSGƏRLƏR SƏRHƏDƏ ENDİRİLİB
 
 Braziliyadakı hərəkətlənmənin bir bənzəri də Kolumbiya-Venesuela sərhədində baş verib. İki ölkənin sərhədində yerləşən Cucuta şəhərinə dünən axşam saatlarında Kolumbiya hərbi hava qüvvələrinə məxsus bir C-130 yük təyyarəsilə çox sayda əsgər endirilib. Kolumbiya mediası bu əsgərlərin Venesuelaya mümkün kömək və müdaxilədə yardımçı olacağını irəli sürüb.
Müxalifət.az