“Venesuela Rusiyanın yeni Kubasıdır” – Alman mətbuatı

Baxış sayı:
5722

Rusiyanın Venesuelaya nüvə bombası daşıma və atma qabiliyyətinə malik 2 ədəd Tu-160 bombardman təyyarə göndərməsi ilə başlayan böhran davam edir. Rəsmi mənbələrə görə, Rusiyanın Tu-160-ları Venesuelanın planlaşdırdığı Hərbi Hava Qüvvələrinin təlimində də yer alacaq.
 
Almaniyanın “Frankfurter Allgemeine” qəzeti keçiriləcək təlimlə bağlı, “Rus bombardman təyyarələrinin ABŞ-ın arxa bağçasında olması Vaşinqtona bir mesajdır” deyə yazıb. Qəzetə görə, təlimlə Venesuelanın ABŞ-a verdiyi mesaj isə, “Biz tək deyilik” olacaq. Yazıda Venesuela üçün Rusiyanın ABŞ-ın arxa bağçasındakı yeni Kuba ola biləcəyi qeyd olunub.
Yazıda, Rusiya ilə Venesuela arasındakı silah ticarətinin 2006-da başladığı da xatırladılıb. ABŞ-ın 2006-ci ildən etibarən Venesuelaya silah tədarükünü dayandırdığını və İsrailin Venesuelaya F-16 döyüş təyyarəsi üçün ehtiyat hissə tədarük etməsinə icazə vermədiyi qeyd edilib və bu gəlişmə ilə Çavesin üzünü Moskvaya döndərdiyi və Rus silahlarını satın almağa başladığı qeyd olunub.
 
ABŞ TƏPKİLİDİR, AMMA..
 
Tu-160-ların Venesuelaya gəlməsinə təpki göstərən ABŞ isə, təpkisini başqa yollarla dilə gətirməyə çalışır. ABŞ-ın xarici işlər naziri Mayk Pompeo Rusiyanın Venesuelaya göndərdiyi təyyarələrlə bağlı verdiyi bəyanatda, İki korlanmış rəhbərliyin xalqları əziyyət çəkərkən dövlət fondlarını boş yerə sərf etdiyini bildirib. Pompeonun açıqlamasını tənqid edən Kreml isə ifadələri, “yaraşıqsız və səhv” kimi qiymətləndirib.
ABŞ-ın Kolumbiyadakı səfiri Kevin Whitaker isə, Rus Tu-160-larını muzey eksponatlarına bənzədib. Whitaker-ə cavab verən Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konoşenkov səfirə diletant demişdi.
Müxalifət.az