​Venesuela Prezidenti Nikolas Maduro qaçdı? – SENSASİON İDDİA

Baxış sayı:
26272

Venesuela Prezidenti Nikolas Maduronun təyyarəsi ölkəni tərk edərək, Kubaya eniş edib.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı Venesuela mətbuatı yayıb. Mətbuat “Flayt Radar” servisi vasitəsilə prezidentin təyyarəsini izlədiyini iddia edilib.
Hələlik prezident təyyarəsinin Kubaya kimi apardığı bilinmir. Bəzi yerli media isə təyyarədə məhz Maduronun olduğu və onun ölkədən qaçırıldığını tirajlayıb.
Qeyd edək ki, yerli əhali arasında kifayət qədər dəstəyi olan Maduronun ölkədən qaçacağını ekspertlər az ehtimal edir.