Venesuela prezidenti Maradona ilə futbol oynadı

Maduro Maradonaya futbolçunun Uqo Çaveslə fotosunu hədiyyə edib
 
Venesuela prezidenti Nikolas Maduro Karakasda əfsanəvi argentinalı futbolçu Diyeqo Maradona ilə futbol oynayıb.
Bu barədə "Noticiero Digital" məlumat yayıb.
Ölkə başçısı və futbolçunun görüşü çərçivəsində uşaqlar üçün ustad dərsi təşkil olunub.
Tədbirin sonunda Maduro Maradonaya futbolçunun Venesuelanın sabiq prezidenti Uqo Çaveslə birgə çəkilmiş fotosunu hədiyyə edib(report).