Venesuela höküməti dövlət çevrilişinin arxasındakı gücü açıqladı

Baxış sayı:
5338

Venesuelanın Xarici İşlər naziri Jorge Arreaza özünü müvəqqəti prezident elan edən Milli Məclisin sədri Xuan Guaidonun başçılığı ilə başlayan hərbi çevrilişin arxasındakı güc olaraq ABŞ hökumətini göstərib.
Arreaza etdiyi açıqlamada, "ABŞ 2001-dən bu yana dövlət çevrilişi cəhdlərinin hamısının arxasındadır. Bu dəfə isə artıq artıq arxasında deyil, ən öndə gedir. Bu çevrilişin hesabı Amerikalılarındır. Çevrilişi maliyyələşdirən və dəstəkləyənlərin Amerikalılar olduğu görünür", - deyib.
 
BUNU EDƏ BİLMƏYƏCƏKLƏR
 
Venesuelanın Qurucu Məclisinin sədri Diosdado Cabello da dövlət çevrilişinə cəhdə qarşı xalqı Miraflores Sarayına çağırıb. Cabello "Bunu edə bilməyəcəklər. Onsuz da hamımız yerləşdik, Karakas xalqını dəvət edirik. Mirafloresə gəlin. Görək, xalqımıza qarşı nələr edəcəklər" deyə bildirib.

Müxalifət.az