Venesuela əhalisinin 90 faizi Maduronun getməsini istəyir - SORĞU

Baxış sayı:
1933

Venesuelanın “Meganálisis” şirkəti əhali arasında sorğu keçirib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, sorğunun nəticələrinə əsasən, əhalinin 88,9 faizi Nikolas Maduronu prezident postunda görmək istəmədiyini bəyan edib.

Respondentlərin yalnız 8,8 faizi Maduronun vəzifədə qalmasını məqsədəuyğun saydığını bildirib.

Eyni zamanda məlum olub ki, venesuelalıların 87,5 faizi müxalifət lideri Xuan Quaydonun xarici humanitar yardımı ölkəyə buraxmaq niyyətini dəstəkləyir. Bunun əleyhinə isə əhalinin 9 faizi çıxış edir.