​Venesuela Almaniyanın səfirini ölkədən qovdu

Baxış sayı:
10582

Venesuela XİN-i Almaniyanın bu ölkədəki səfiri Daniel Krineri “persona-non-grata” elan edib.
Muxalifet.az avropa.info-a istinadən xəbər verir ki, XİN-nin bəyanatında səbəb kimi alman səfirin daimi olaraq ölkənin daxili işlərinə qarsıması göstərilir. Krinerə Venesuelanı tərk etməsi üçün 48 saat verilib.
Rəsmi Berlin bu addımı “başadüşülməz” adlandırıb. Səfirin qovulmasına səbəb kimi müxalifət lideri Latın Amerika və ABŞ turnesindən qayıdarkən müxalifət lideri Xuan Quaydonu Aİ ölkələrindən olan digər həmkarları ilə qarşılaması olub.
Qeyd edək ki, Almaniya və bir çox Avropa İttifaqı ölkəsi Quaydonu Venesuelanın prezidenti kimi tanıyıb.