Venesuela ABŞ təcavüzünə qarşı S-300-ləri aktivləşdirdi

Baxış sayı:
8053

İsrail mərkəzli Imagesat şirkəti Venesuelanın Rusiyadan aldığı orta yüksəklikdə BUK-M2 hava müdafiə raketlərinin test edildiyini və S-300-lərin aktiv hala yetirildiyinin görüntülərini paylaşıb.
 
İsrail mərkəzli peyk görüntüləri analiz şirkəti olan Imagesat International  Venesuelanın Rusiyadan aldığı orta yüksəklikdə qurudan havaya atılan hava vasitələrini salmaq məqsədli raketlər olan BUK-M2 hava müdafiə sisteminin test edildiyini, ABŞ hava hücumuna qarşı S-300-ləri aktivləşdirdiyini bəyan edib.
 Imagesat Venesuelanın S-300 hava müdafiə sistemlərinin aktivləşdirildiyi ilə bağlı görüntülərini ilk dəfə olaraq 8 fevralda bölüşmüşdü. Yeni yayımlanan peyk təsvirlərində isə S-300-lərin hazırda Venesueladakı Capitan Manuel Rios hava limanında olduğu görünür. Imagesat S-300-lərin hələ də aktiv olduğunu iddia edir.

Müxalifət.az