Velosipedçi avtomobilə çırpılıb: yeniyetmə ağır xəsarət alıb

Abşeron rayonunda velosipedlə avtomobilə çırpılan yeniyetmə ağır xəsarət alıb.
 
Mehdiabad qəsəbəsində qeydə alınıb.
Belə ki, 12 yaşlı Murad Əsgərov idarə etdiyi velosipedlə hərəkətdə olan minik avtomobilinə çırpılıb. Nəticədə o, ağır kəllə-beyin travması alıb.
Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.