​"Veliki Novqorod" qanadlı raketlərlə İŞİD-i vurdu

Rusiyaya məxsus “Veliki Novqorod” sualtı gəmisi “Kalibr” tipli qanadlı raketlərlə Suriyanın Deyr əz-Zor vilayətində yerləşən İŞİD-in mövqelərinə zərbələr endirib.
Muxalifet.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Hücum nəticəsində sözügedən vilayətin Əbu-Kamal rayonunda terrorçulara məxsus qərargah, hərbi-zirehli texnikalar, sığınacaqlar və silah-sursat anbarı məhv edilib.