“Vədimə əməl edə bilmədim” - İngiltərənin baş naziri ÜZR İSTƏDİ

Baxış sayı:
115

 Vəzifə başına keçəndən bəri 31 oktyabr tarixində  Böyük Britaniyanın Avropa İttifaqını tərk edəcəyini vəd eləmiş baş nazir Boris Conson sözünü yerinə yetirə bilmədiyi üçün üzr istəyib.

Proses Consonun istədiyi kimi irəliləmədiyindən ayrılıq 31 yanvar tarixinə qədər təxir salınıb. Baş nazir bu vəziyyətə görə çox təəssüfləndiyini bildirib.

Şotlandlara müstəqillik referendumu keçirməyə imkan verilməyəcək

Boris Conson yenidən İngiltərənin baş naziri vəzifəsinə seçiləcəyi təqdirdə, Şotlandiyada ikinci dəfə müstəqillik referendumunun keçirilməsinə icazə verməyəcəyini söyləyib.

Şotlandiya muxtariyyətinin baş naziri Nikola Stercen isə “ikinci müstəqillik referendumunun əngəlləmə siyasətinin davam etdirilə bilməyəcəyini” bildirib.