VAZ-21154 piyadanı vuraraq ÖLDÜRÜB – ABŞERONDA

Abşeronda avtomobil piyadanı vuraraq öldürüb.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, avqustun 3-də saat 21 radələrində Abşeron rayonu ərazisində Cəlilabad rayon sakini Nasir İmanov idarə etdiyi “VAZ-21154” markalı avtomobillə yolu keçən Saray qəsəbə sakini Əfqan Qarayevi vurub və nəticədə piyada hadisə yerində ölüb.
 Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır./apa