VAZ-2107 65 yaşlı kişini vurub - NEFTÇALADA

Gülağa İmanovun vəziyyəti ağır olduğundan o, Bakıya gətirilib
 
Neftçala rayonunda avtomobil piyadanı vurub.
Hadisə rayonun Həsənabad qəsəbəsi ərazisində qeydə alınıb.
Qəsəbə sakini 65 yaşlı Gülağa Famil oğlu İmanov yolu keçən zaman “VAZ-2107” markalı avtomobil onu vurub. Nəticədə o, müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralı Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ona ilk tibbi yardım göstərilib. Lakin G.İmanovun vəziyyəti ağır olduğundan o, Bakıdakı xəstəxanalardan birinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.