VAZ-2107 57 yaşlı qadını vuraraq öldürüb – GORANBOYDA / Video

Goranboyda ölümlə nəticələnən yol qəzası baş verib.
 
Hadisə rayonun Qızılhacılı kəndi ərazisində qeydə alınlb.
 Məlumata görə, yolu keçmək istəyən Qızılhacılı kənd sakini, 1960-cı il təvəllüdlü Həsənova Afərin Xəlil qızı "VAZ 2107" markalı avtomobil tərəfindən vurulub. Qadın dərhal xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Qadını vuran maşın hadisədən sonra digər VAZ markalı avtomobilə çırpılıb.
 Faktla bağlı araşdırma aparılır.