VAZ- 2107 49 yaşlı kişini vuraraq öldürüb - BAKIDA

Hadisəni törədən sürücü saxlanılıb
 
Bakıda orta yaşlı kişini avtomobil vuraraq öldürüb.
Hadisə Sabunçu rayonunda baş verib.
Belə ki, Sabunçu qəsəbəsində yolu keçmək istəyən 1968-ci il təvəllüdlü Bəşirov Feyzulla Zeynal oğlunu "Vaz 2107" markalı avtomobil vurub. Nəticədə F.Bəşirov hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalara başlanılıb.
Hadisəni törədən sürücü saxlanılıb.