VAZ-2107 32 yaşlı piyadanı vurub – AĞDAMDA

Ağdamda avtomobil piyadanı vurub.
 
Hadisə rayonun Quzanlı qəsəbəsində baş verib.
 Rayon sakini Ələkbər Nəcəfov idarə etdiyi 02 BK 156 dövlət nömrə nişanlı  “VAZ” 2107 markalı minik maşını ilə  32 yaşlı Mehdiyev Elnur İsa oğlunu vurub. Yaralı Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Həkimlər E.Mehdiyevin vəziyyətinin  orta ağır olduğunu bildirib.
 Faktla bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırma aparılır.