VAZ-2106 İLƏ MERSEDES TOQQUŞDU – SÜRÜCÜ ÖLDÜ

Bakı-Qazax magistralında ölümlə nəticələnən yol qəzası baş verib.
 
Yolun 457-ci kilometrliyində,  Ağstafa rayonu Qırlı kəndində “VAZ2106” və "Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə “VAZ”-ın sürücüsü, Qırlı kənd sakini, 1987-ci il təvəllüdlü Mustafayev Elvin Surxay oğlu hadisə yerində ölüb.
 Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.